إرسال رابط إلى التطبيق

Palliativ Yardim


4.4 ( 704 ratings )
الطبية
المطور: EZGIL MEDICAL TECHNOLOGIES MMC
حر

Palliativ qayğı ağır xəstəliyi olan pasiyentlərin və onların ailə üzvlərinin mümkün həyat keyfiyyətinin dəstəklənməsi və əzab-əziyyətin azaldılmasına yönəlmiş multidissiplinar tibbi ixtisasdır. Palliativ qayğının əsasını simptomların menecmenti təşkil edir. Bu növ qayğı zamanı diqqətin cəlb olunduğu məsələlərə aşağıdakılar aiddir: pasiyentin dəyərləri və istəkləri əsasında qayğının məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; pasiyent və onun qayğısında iştirak edən bütün şəxslər arasında davamlı kommunikasiyanın təmin edilməsi; pasiyentə və ailə üzvlərinə psixoloji, sosial, mənəvi, dini və praktik dəstəyin göstərilməsi; və bütün spektr üzrə qayğının koordinasiyası.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış bu mobil tətbiqin əsas məqsədi pasiyentlərə, onların ailə üzvlərinə, habelə tibb işçilərinə palliativ qayğıya dair ətraflı məlumat təqdim etmək, yarana biləcək suallara cavab tapmaqda yardımcı olmaqdır.

Mobil tətbiqdə palliativ qayğının xüsusiyyətləri ilə yanaşı müşahidə edilən simptomların idarə edilməsi, psixoloji və sosial dəstəyin göstərilməsi, ailədaxilində yaxın şəxsin itirilməsi qorxusu və ya təşvişin azaldılmasına yönəlik tədbirlər təsvir edilib. Burada həmçinin palliativ yardımla bağlı milli və beynəlxalq təcrübə, Azərbaycanda palliativ yardımla məşğul olan təşkilatlar və onların fəaliyyətinə dair xəbərlə yer alıbdır.